Qazax rayonunda müəllim çalışdığı məktəbdə dünyasını dəyişib.
Qaziler.az Report-a istinadən xəbər verir ki, hadisə 2 nömrəli orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin idman müəllimi, 46 yaşlı Emin Mirzəyevin halı müəllimlər otağında qəfildən pisləşib və yerə yıxılaraq keçinib.Onun infarkt keçirərək öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.