Azərbaycanda 6 bal gücündə zəlzələ olub - YENİLƏNİB - RƏSMİ

Azərbaycanda 6 bal gücündə zəlzələ olub - YENİLƏNİB - RƏSMİ backend

Azərbaycanda 4,4 və 6 maqnituda gücündə ardıcıl iki zəlzələ baş verib.

“Report” AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Ardınca yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

***23:45

Bakı. 5 fevral. REPORT.AZ/ Axşam saatlarında respublika ərazisində zəlzələ baş verib.

“Report” xəbər verir ki, yeraltı təkanlar təqribən 3-4 maqnituda gücündə olub.

Zəlzələ bölgələrlə yanaşı, paytaxt Bakıda da hiss olunub. Təbii fəlakətlə bağlı rəsmi məlumat hələ ki, yoxdur.
Diaspora