Deputata ağır itki - Oğlu xizək qəzasında həyatını itirdi

Deputata ağır itki - Oğlu xizək qəzasında həyatını itirdi backend

Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.

Qaziler.az qafqazinfo-ya istinadən xəbər verir ki, deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb.

Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.

Əsabil Qasımovla əlaqə saxlanılıb və millət vəkili faktı təsdiqləyib.

O, bildirib ki, hadisə bir neçə saat öncə baş verib.

Allah rəhmət eləsin!
Diaspora