Qubada dəhşətli hadisə baş verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, rayonun Barlı kəndində 2014-cü il təvəllüdlü Vəliyev Rəvan Bəhərçin oğlu atasının sürdüyü “Qazel”markalı avtomobilin altında qalaraq dünyasını dəyişib.Belə ki, uşağın atası Bəhərçin Vəliyev “Qazel”markalı maşını həyətdən çıxararkən 5 yaşlı oğlunun orada oynadığını görməyib və onun üstündən keçib. Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə Quba Rayon Prokurorluğunun əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.