Dedi ki, elə bil hamısı yuxudur – Musa Yaqubun nəvəsi

Dedi ki, elə bil hamısı yuxudur – Musa Yaqubun nəvəsi backend

Hazırda babamın səhhəti normaldır, müalicəsi davam edir.

Avstriyadan Bakıya Yeni il qabağı babamla bayramlaşmağa gələndə bizi özü qarşıladı. Dedi ki, elə bil hamısı yuxudur, çox sevindi. İndi hamımızın tək arzusu odur ki, səhhəti yenidən düzəlsin, hər şey əvvəlki kimi olsun.

Bu sözləri Teleqraf.com-a ağır parkinson xəstəliyindən əziyyət çəkən şair Musa Yaqubun nəvəsi Nərgiz Gəray deyib.

O qeyd edib ki, şairin qızı Səhər Yaqubova hazırda atasının yanındadır:

“Babamın xəstəlikləri çoxdur, parkinson əsas səbəblərdən biridir, indi dərman içir, mütəmadi həkimlərə müraciət edir. İnanırıq ki, tezliklə düzələcək.

Babam Bakıda qalır, hərdən İsmayıllının Buynuz kəndinə gedir. Biz gələndə də bir neçə gün Bakıda qaldıq, sonra Buynuzda olduq. Bu gün ailəliklə Bakıya qayıdacağıq”.

Nərgiz Gərayın sözlərinə görə, şairin qulluğunda dayanıb onun sağalmasını gözləyirlər: “Bunu özümüzə borc bilirik. Hami əlindən gələni edir.

Babamın nəticəsi Musa onunla eyni gündə doğulub, sanki babama hədiyyədir. Musa Yaqub onu “Adaş” çağırır. Musa ona yaşamaq üçün stimuldur”.
Diaspora