Türkiyə kəşfiyyatından Bakıda xüsusi əməliyyat

Türkiyə kəşfiyyatından Bakıda xüsusi əməliyyat backend

Azərbaycandan qaçmaq istəyən FETÖ üzvü saxlanıldı

Türkiyə xüsusi xidmət orqanlarının Bakıda keçirdiyi əməliyyat nəticəsində FETÖ üzvü olan Mehmet Gelen saxlanılıb və Türkiyəyə aparılıb.

REAL xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Beynəlxalq axtarışda olan Mehmet Gelenin saxlanılması istiqamətində əməliyyatı Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları həyata keçirib.

Agentliyin məlumatına görə, MİT əməkdaşları bir müddət Azərbaycanda Gülən tərəfdarlarını izləyib. Mehmet Gelen Azərbaycanda Gülənçilərə məxsus məktəblərdən birində müəllim işləyib.

Türkiyədə hərbi çevrilişə cəhddən sonra bu məktəblər bağlanıb.

Mehmet Gelen saxta pasportla Azərbaycanı tərk edib Belarusa getmək istəyərkən yaxalanıb. Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan FETÖ üzvü Bakıya göndərilib, burada isə MİT əməkdaşları onu saxlayıb.

Rəsmi Ankara FETÖ-nü 2016-cı il iyulun 15-də hərbi çevrilişə cəhddə günahlandırır. Həmin gün 251 nəfər həlak olub.
Diaspora