Bakıda mənzilə pəncərədən daxil olan şəxs və ya şəxslər evdən külli miqdarda pul və qızıl-zinət əşyası oğurlayıblar.
Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi kəndində baş verib. Ev sahibi Gülbahar İbrahimovanın sözlərinə görə, hadisə yaxın qohumlarının yas mərasiminə getdikləri vaxt olub. Hadisədən isə kiçik oğlu axşam saatlarında evə gələrkən xəbər tutub.Qadının sözlərinə görə, naməlum şəxs və ya şəxslər evə pəncərədənb daxil olduqdan sonra şkafdan 64 min 500 manat pul, 5 mindən çox dollar və 15 min manata yaxın dəyəri olan qızıl zinət əşyası oğurlayıblar. Onlar dəhal hadisə ilə bağlı ərazi üzrə 4-cü polis şöbəsinə məlumat veriblər. Hadisə yerinə gələn əməliyyat qrupu evdən əl barmaq izləri götürüblər.
Zərərçəkmişin sözlərinə görə, həmin mənzildə bir neçə il olar ki, yaşayırlar. Amma bu vaxta qədər nə qonşularla, nə də qohumları ilə ədavətləri olmayıb. Bu səbəbdən də qadın hadisə ilə bağlı konkret olaraq kimdənsə şübhələnmir.
Məsələ ilə bağlı 4-cü polis şöbəsindən bildirdilər ki, hadisə ilə bağlı hələ ki, saxlanılan yoxdur. Amma fakta görə Binəqədi rayon polis idarəsinin istintaq söbəsində cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: