Bakıda avtomobil qəzasında ağır xəsarət alan süpürgəçi dünyasını dəyişib.
Qaziler.az Unikal.org-a istinadən xəbər verir ki, dünən 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı yerləşdirildiyi 3 saylı şəhər klinik xəstəxanasında ölüb.Xəstəxanadan bildiriblər ki, dünyasını dəyişən şəxsin vəziyyəti çox ağır olub. Mərhum müştərək travma, döş qəfəsinin küt travması və digər ağır xəsarətlərlə reanimasiyaya yerləşdirilib. Onun qaraciyər yarası və diofraqması tikilib, hər iki plevra boşluğuna drenaj qoyulub. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə dünən səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib. Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulmuşdu.