Millət vəkili Qənirə Paşayeva əməliyyat olunub.
AFN-in məlumatına görə, deputat anidən özünü pis hiss edib və əməliyyat olunub.Millət vəkili Türkiyədə sinir əməliyyatı keçirib.
Məlumata görə, deputat hazırda özünü yaxşı hiss edir.
***
"Mən bilmirəm axı ona necə xahiş edim ki, özünü qorusun. Bir dəqiqəsi belə boş olanda onu insanlara xərcləyən, onların dərdlərinə yanan, harayına qaçan, amma özünü bir an belə düşünməyən təvazökar, zəhmətkeş, insanpərvər bacım".
AZXEBER.COM-un məlumatına görə, bu sözləri əməkdar artist Aybəniz Haşımova millət vəkili Qənirə Paşayevanın ünvanına yazıb. Müğənni deputatın Türkiyədə əməliyyat olunduğunu bildirib:
"Axı siz birinə bir şey olanda hamımızdan öncə qaçırsınız o adamın harayına. Niyə özünüzün canınız ağrıyanda, yaxud da əməliyyata düşəndə bizim xəbərimiz yoxdur. Onda biz yaxşı dost deyilik.
Niyə sizin yanınızda olmamalıyıq, belə olmalıdır? Niyə heç bir dərdi olmayanlar vampir kimi bəzən canımızı alır. Amma çiynimizdə haqqın ola-ola, sağlamlığınızda problem olur və bundan xəbərimiz olmur.
Bir daha insanlığınızın ali nümunəsini anlatdınız. Allah sizi heç vaxt dara salmasın. Siz Azərbaycana gərəksiniz. Çox üzr istəyirəm, xəbərim olmayıb. Yastığınız yüngül olsun".