Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, 1967-ci il təvəllüdlü kən sakini Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib.
Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil.
Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Bundan əvvəl Cəlilabadda silahlı insidentə görə saxlanılan kriminal avtoritetin həbs müddəti uzadılıb.