Aktyorun döydüyü məktəb direktoru ilk dəfə danışdı

Aktyorun döydüyü məktəb direktoru ilk dəfə danışdı backend

Aktyor Rza Rzayevin noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aylardır qalmaqal yaşadığı Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyərək ona ağır bədən xəsarətləri yetirməsi barədə xəbər vermişdik.

Oxu.Az-ın məlumatına görə, R.Rzayev hadisənin söyüşə görə baş verdiyini, elə də böyük dava olmadığını söyləyib.

Ötən gün gənc müəllim Həbib Əlizadə 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alan direktora baş çəkərək oradan canlı yayım edib.

Tural Mirzəliyev hadisə barədə danışmadan onu dəstəkləyən, xəstəxanada ziyarət edən insanlara təşəkkür edib.

Diaspora