Bu gün bəzi saytlarda Bakının Səbail rayonunda mənzilə oğurluğa girən şəxsin ev sahibi və oğlu tərəfindən öldürüldüyü bildirilib.
Lakin evinə oğru girən Sakit Abdullayevin ailəsindən Qaziler.az-a verilən məlumatda hadisənin əslində belə olmadığı bildirilib.Ailənin verdiyi məlumata görə, Sakit Abdullayev evinə oğru girdiyini görüb. İfşa olunduğunu görən oğru Sakit Abdullayevi göz nahiyəsindən bıçaqla və ya vintaçanla vurub. Səsə ayılan Sakit Abdullayevin oğlu 18 yaşlı Faiq atasını vuran oğrunu arxadan bıçaqla vurmağa məcbur olub. Yaralı oğru qaçaraq oradan uzaqlaşıb. Oğrunun harada öldüyü ailəyə məlum deyil. Halbuki mətbuatda onun Sakit Abdullayevin mənzilində öldüyü yazılıb.
Oğrunun 1964-cü il təvəllüdü Həsənov Əhəd Əli olduğu bildirilir.
Qeyd edək ki, Sakit Abdullayev Qarabağ müharibəsi veteranıdır, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin batalyonunda döyüşüb.