Moskvada yaşayan azərbaycanlılar oktyabrın 16-da dünyasını dəyişmiş Qarabağ qazisi Etimad Əsədovun xatirəsinə həsr olunmuş tədbir keçiriblər
Qaziler.az bildirir ki, Rusiyada yaşayan azərbaycanlıların yeganə informasiya portalı olan AZRU bununla bağlı xəbər yayıb .Portal “Qarabağ qaziləri” İctimai Birliyinin sədri, Azərbaycanın tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədovun həyatı, keçdiyi döyüş yolu və ictimai fəaliyyəti haqda da məlumat verib.
Tədbiri giriş sözü ilə açan Qarabağ müharibəsi iştirakçısı, ictimai xadim, Rusiyadakı azərbaycanlı icmanın fəallarından olan Qalib Ağayev Etimad Əsədovun həyat və fəaliyyətindən danışaraq bildirib ki, o öz aktiv vətəndaş mövqeyi ilə həmişə başqalarına nümunə olub.
Tədbirin digər iştirakçıları da çıxış ediblər.
Etimad Əsədovun ruhuna müqəddəs Qurani-Kərimdən dualar oxunub və ehsan verilib.
Qaziler.az tədbirdən çəkilmiş fotoları təqdim edir: