“Qarabağ”ı lağa qoyan fars aparıcıya – Etiraz - Foto

“Qarabağ”ı lağa qoyan fars aparıcıya – Etiraz - Foto backend

Tehran sakini olan bir qrup azərbaycanlı İran televiziyası aparıcıları tərəfindən “Qarabağ” komandasının lağa qoyulmasını qınayıb.

Teleqraf.com xəbər verir ki, milli fəallar bu məqsədlə Tehranın Azadi meydanında etiraz posteri nümayiş etdiriblər. Posterdə fars dili və Azərbaycan türkcəsində “Bütün dünya cənnət olsa, Mənə olmaz Qarabağ” sözü yazılıb. Yazının altında isə “İrqçi aparıcı Əhmədiyə təqdim olunur” ifadəsi dərc olunub.

Qeyd edək ki, oktyabrın 3-də “İdman raportu” televiziya verilişində Məhəmmədrza Əhmədi və Rza Cavdani Azərbaycanın “Qarabağ” komandasına lağ edərək gülüblər. Komanda ilə bağlı bir neçə cümlə danışan iki aparıcı canlı efirdə Azərbaycana nifrətlərini bu şəkildə nümayiş etdiriblər. Hiss olunur ki, aparıcılar “Qarabağ” komandası və onun təmsil etdiyi ölkəni zəif göstərmək məqsədilə güdürlər.

Farsdilli aparıcıların bu hərəkəti azərbaycanlı internet istifadəçilərinin də kəskin etirazı ilə qarşılanıb.

Diaspora