Bakıda baş verən dəhşətli qəzada yaralanan şəxslərdən biri ölüb

Bakıda baş verən dəhşətli qəzada yaralanan şəxslərdən biri ölüb backend

Bakıda baş verən qəzada ölənlərin sayı artıb.

Bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, qəza zamanı iki nəfər ölüb:

“Onlardan biri 13 yaşlı məktəbli, digər isə 60 yaşlı kişi olub. Qəza zamanı 40 nəfər xəsarət alıb”.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusunun yük qatarı ilə toqquşması nəticəsində yaralananlardan 12 nəfəri hazırda xəstəxanada müalicə alır:

“Onlardan beş nəfəri reanimasiyadadır. Yaralılardan altı nəfəri Klinik Tibbi Mərkəzə müraciət edib. İki nəfərə yerində yardım göstərilib, dörd nəfərin müalicəsi davam etdirilir”.
Diaspora