Dünən axşam saatlarında Bərdə rayonunda ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, Yevlax-Ağdam-Laçın yolunun 24-cü kilometrliyində 1971-ci il təvəllüdlü Həzili Azər Səfəralı oğlunun idarə etdiyi 09 BF 421 dövlət qeydiyyat nişanlı "Oka" markalı avtomobil idarəetmədən çıxaraq dəmir məhəccərə çırpılıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.Bildirilir ki, avtomobil Yevlaxdan üzü Bərdə istiqamətində hərəkətdə imiş.
Vəfat edən şəxs Qarabağ müharibəsi veteranıdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.