Türkiyə NATO üzvü olan 9 ölkə, eyni zamanda Azərbaycan, Əlcəzair, Qətər, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanının iştiakı ilə “Mavi balina 2018” adı altında hərbi dəniz təlimləri keçirəcək.
Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.Hərbi təlimlər 28 sentyabr - 7 oktyabr tarixlərində keçiriləcək.
Məlumata əsasən hərbi dəniz təlimləri Aralıq dənizinin şərqində keçiriləcək. Təlimlərdə Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus beş sualtı gəmi iştirak edəcək.