Intihar etməzdən əvvəl “təcili yardım”a zəng etdi: “Gəlin cəsədimi aparın”

Intihar etməzdən əvvəl “təcili yardım”a zəng etdi: “Gəlin cəsədimi aparın” backend

Hadisə Türkiyədə, Muğlada baş verib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 27 yaşlı Hasan D. adlı gənc 112 Çağrı mərkəzinə zəng edərək: “Gəlin cəsədimi götürün“ deyərək olduğu ünvanı söyləyib və cib telefonunu bağlayıb.

“Təcili yardım“ maşını çox qısa vaxt ərzində hadisə yerinə çatsa da həmin ünvanda gəncin ağacdan asılmış cəsədi ilə rastlaşıb. Yaxınlıqda isə yüksək səsli musiqinin çalındığı avtomobil olub. Həkimlər gəncin öldüyünü müəyyən ediblər.

Verilən məlumata görə, intihar edən gənc 15 gün əvvəl çalışdığı yük şirkətindəki işindən ayrılıb. İntihara səbəb kimi onun bundan depressiyaya düşməsi ehtimal olunur.

Jandarma hadisə ilə bağlı araşdırma aparır.



Diaspora