İlyas İsmayılovun oğlu Etimad İsmayılov Türkiyədə qətlə yetirildi: Təfərrüat - Foto, video

İlyas İsmayılovun oğlu Etimad İsmayılov Türkiyədə qətlə yetirildi: Təfərrüat - Foto, video backend

Azərbaycanlı iş adamı Etimad İsmayılov İstanbulda silahlı basqına məruz qalıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə iş adamının Floryadakı ofisində baş verib. Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücumu həyata keçirən Gözəl Dəmirov adlı şübhəli isə hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.

***

Qeyd edək ki, Etimad İsmayılov İlyas İsmayılovun oğludur. Etimad İsmayılov tanınmış telejurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

***

Etimad İsmayılovun öldürülməsinin səbəbi məlum olub. Türkiyə mediasında yer alan xəbərə görə, Etimad İsmayılov Gözəl Dəmirovla uzun müddətdir ki şərik imiş. Hadisə saat 21:00 radələrində meydana gəlib. İş adamı ofisində güllələnərək qətlə yetirilib.

Məlumatda qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul imişlər, aralarında borc məsələsi olub. Hadisədə tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Dəmirov silahını çıxardaraq şərikinə 3 dəfə atəş açıb.

***

Son məlumata görə, Gözəl Dəmirov gecə saat 01:00 radələrində Beşiktaşda saxlanılıb. Cinayətdə istifadə olunan silah polis tərəfindən götürülüb. Hadisə ilə əlaqədar daha bir nəfər də polis tərəfindən saxlanılıb. Hazırda onlar polis idarəsində dindirilirlər.


Gözəl Dəmirovun saxlanılma anı


Saxlanılan digər şəxs



Diaspora