Əsgərlə görüşə gələn şəxs onu bıçaqlayıb

Əsgərlə görüşə gələn şəxs onu bıçaqlayıb backend

Sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) “N” saylı hərbi hissəsində 1997-ci ildə Cəlilabad rayonunda anadan olan və bu ilin iyulunda Silahlı Qüvvələrə çağırılmış əsgər İsgəndərov Ceyhun İsa oğluna mülki şəxs tərəfindən bədən xəsarəti yetirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, hadisə saat 15:00 radələrində baş verib. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüş müddətində guya əsgər C.İsgəndərovun valideynlərinin göndərişi üzrə onunla görüşə gəlməsi bəhanəsi ilə müraciət edən 1986-cı il təvəllüdlü, Ağdam rayon sakini Hüseynov Camal Saleh oğlu qəfildən əsgərin döş və qarın nahiyəsinə özü ilə gətirdiyi bıçaqla üç zərbə endirib.

Əsgərin həyatını xilas etmək üçün dərhal təxirəsalınmaz tədbirlər görülüb, yaralı Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Xəstəxananın və DSX hərbi hospitalının həkimləri tərəfindən əsgər C.İsgəndərov hazırda əməliyyat olunur, vəziyyəti ağırdır.

Əsgərin valideynlərinə hadisə barədə məlumat verilib. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hadisə ilə əlaqədar Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına gəlib.

Hadisəni şəxsi münasibət zəminində törətdiyini bildirən C.Hüseynov saxlanılıb, hərbi prokurorluq orqanları bu barədə məlumatlandırılıb. Faktla əlaqədar müvafiq tədbirlər davam etdirilir.
Diaspora