Cəlilabad rayonunda ana və qızını qətlə yetirmiş şəxs saxlanılıb.
"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, rayonun Qarazəncir kənd sakinləri - 1932-ci il təvəllüdlü Əsgərova Firuzə və onun qızı, 1972-ci il təvəllüdlü Əsgərova Sənubəri qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini, 1984-cü il təvəllüdlü Yaşar Bayramov tutulub.Məlumata görə, əvvələr məhkum olunmuş Y.Bayramov dünən axşam saatlarında Bakı şəhəri ərazisində Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.