Bakıda ərəb turist dünyasını dəyişib.
“Trend” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.İraq vətəndaşı, 1967-ci il təvəllüdlü Ammar Ali Abed Al-Juvoorin Nərimanov rayonu ərazisindəki "Caspian Business" otelində vəziyyəti pisləşib.
O, təcili yardımla Respublika Kliniki Xəstəxanasına çatdırılsa da, orada ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.