İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, yerli “Metro TV” təbii fəlakət nəticəsində ilkin məlumatlara görə, 18 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb.Ölənlər sayının artacağı istisna edilmir.
İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Təşkilatının məlumatına görə, zəlzələ ocağı Mataram şəhərindən 27 kilometr şimali-şərqdə, 7 kilometr dərinlikdə qeydə alınıb. Sunami təhlükəsi elan olunub