Çində yol bir anda çöküb, iki avtomobil çökmə nəticəsində yaranan quyuya düşüb.
Teleqraf.com xəbər verir ki, hadisə Çinin Heilonqjianq şəhərində baş verib.Dövlət rəsmiləri faktla bağlı susmağa üstünlük veriblər. İddiaya görə, yolun çökməsinə səbəb onun keyfiyyətsiz çəkilişi və ya güclü istilər ola bilər.
Xilasedicilər avtomobildə olan 3 nəfəri xilas ediblər. 8 metr radiusda meydana gələn çökmə ilə bağlı araşdırmalara başlanılıb.