Nazim İbrahimovun qardaşının həbs xəbəri yayıldı

Nazim İbrahimovun qardaşının həbs xəbəri yayıldı backend

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov həbs edilib.

Qaziler.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.


Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. O, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.


Qeyd edək ki, mətbuatda daha əvvəl S.İbrahimovun sahibi olduğu tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı dəfələrlə şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.
Diaspora