Yaponiyada 12 nömrəli fəlakət: Uçuşlar dayandırıldı

Yaponiyada 12 nömrəli fəlakət: Uçuşlar dayandırıldı backend

Yaponiyanın cənub-qərbinə yaxınlaşan Condari tufanına görə, 152 daxili aviareys təxirə salınıb, dəniz nəqliyyatının hərəkəti dayandırılıb.

Teleqraf.com xəbər verir ki, Yaponiyada 12 nömrəli adlandırılan Candori tufanı Sakit okeanda şimal-qərb istiqamətində hərəkət edərək, şənbə günü səhər saatlarında Yaponiyanın Çiba prefekturasının sahillərinə yaxınlaşıb.

Tufanın istiqamətini dəyişəcəyi və Kansay regionuna zərbə vuracağı gözlənilir. Həmin region cari ayın əvvəllərində aramsız yağışlar nəticəsində yaranan torpaq sürüşmələri səbəbindən ciddi ziyan çəkib.

Hazırda tufanın mərkəzində küləyin sürəti isə saniyədə 40 metr təşkil edir.

Yaxın 24 saat ərzində tufanın keçəcəyi ərazilərə 400 millimetr yağıntı düşəcəyi gözlənilir. Dənizdə dalğaların 10 metrdən yuxarı qalxacağı barədə xəbərdarlıq edən meteoroloqlar sakinləri dənizə çıxmamağa çağırırlar.

Güclü yağışın torpaq sürüşmələri yaradacağı barədə də xəbərdarlıq olunub.
Diaspora