20 yaşlı qız 17 yaşlı qardaşını öldürüb - Gədəbəydə

20 yaşlı qız 17 yaşlı qardaşını öldürüb - Gədəbəydə backend

Gədəbəy rayonunda 17 yaşlı oğlan bacısı tərəfindən bıçaqlanaraq öldürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Slavyanka kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Alıyev Samir Sübhan oğlu boğazından bıçaqlanaraq ölüb. Yaxınları 17 yaşlı oğlanın bədbəxt hadisə zamanı öldüyünü bildirib.

Məlumata görə, S.Alıyevin bacısı, 1998-ci il təvəllüdlü Sevinc Sübhan qızı Alıyeva əlində olan bıçaqla ehtiyyatsızlıqdan qardaşının boğazına vurub. Bıçaq 17 yaşlı qardaşının boğazına girərək şah damarını kəsib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.
Diaspora