Çində 100 mindən çox sakin təxliyə edildi: reyslər dayandırıldı

Çində 100 mindən çox sakin təxliyə edildi: reyslər dayandırıldı backend

Çinin Çuntsin şəhərinin 100 mindən çox sakini daşqınlar səbəbindən təxliyə edilib.

Axar.az xəbər verir ki, Sinxua agentliyinin yaydığı məlumata görə, Yantszı və Tszyalintszyan çaylarında suyun səviyyəsi çox yüksək həddə çatıb. Bir neçə gündür davam edən leysanlar səbəbindən çaylarda suyun səviyyəsinin artması regionda 2012-ci ildən bəri ən güclü daşqına gətirib çıxarıb.

Hökumət orqanları suyun səviyyəsini aşağı salmaq və daşqından dəyən zərəri azaltmaq məqsədilə bənd işinin təcili rejimə keçməsi barədə göstəriş verib.

Çuntsinlə yanaşı, Sıçuan əyaləti, eləcə də şimal-qərb əyaləti Qansu güclü yağışlara məruz qalıb. Zərər çəkmiş bölgələrə xilasetmə işlərini yerindəcə əlaqələndirmək məqsədilə xüsusi qruplar göndərilib. Təbii fəlakət kənd təsərrüfatına böyük ziyan vurub.

Sıçuan əyalətinin inzibati mərkəzi Çendu şəhərində arası kəsilməyən yağışlar səbəbindən təyyarə reysləri dayandırılıb.
Diaspora