Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan 33 yaşlı Şamaxı rayon sakini Sənan Pənahovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Sənan Pənahov 3 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Sənan Pənahov Şirvan şəhərindən stomatoloq-həkim işləyib. O, bu il yanvarın 20-də Bakıda saxlanılıb. S.Pənahovdan külli miqdarda narkotik vasitə heroin aşkarlanıb.
Məhkəmədə ifadə verən zaman S.Pənahov bildirib ki, uzun müddətdir narkotik vasitə istifadəçisi olduğunu etiraf edib. Hətta iki dəfə Gürcüstanda bununla bağlı müalicə aldığını bildirib. Lakin o narkotiki satış məqsədi ilə deyil öz istifadəsi üçün aldığını deyib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi üzrə ittiham olunub.