Meksikada ötən ilin sentyabrında start götürərək dünən başa çatan seçki kampaniyası dövründə 133 siyasətçi cinayət qurbanı olub.
Teleqraf.com xəbər verir ki, iyulun 1-də keçiriləcək bələdiyyə süçkilərilə bağlı kampaniya 8 sentyabrda başlayıb 27 iyunda başa çatıb."Ettelekt" siyasi mərkəzinin hesabatına görə bu müddət ərzində siyasi məqsədlərlə 543 hücum qeydə alınıb. 48 namizəd və 85 siyasətçi qətlə yetirilib.
Namizədlər, namizəd olmaq istəyənlər, indiki və əvvəlki bələdiyyə sədrləri, onların ailələri hücumların qurbanları olublar.
Narko-şəbəkənin öz namizədlərini hakimiyyətə gətirmək üçün istifadə etdikləri silahlı güc səbəbindən bir çoxları seçki prosesinə qatılmayıb və ya namizədliklərini geri götürüblər.
130 milyon əhalisi olan Meksikada yeni prezident, senat və bələdiyyə sədrlərinin müəyyən ediləcəyi seçkilər iyulun 1-də keçiriləcək.