İki əcnəbinin saxta sənədlərlə sərhəddən keçməsinin qarşısı alınıb

İki əcnəbinin saxta sənədlərlə sərhəddən keçməsinin qarşısı alınıb backend

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla da­vam etdirilir.

DSX əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində son gün­lər­də 2 xarici vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­can Respublika­sının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınmış­dır.

17 iyun tarixində “Bakı-Doha” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı 1991-ci il təvəllüdlü Ali Shah adlı Pakistan vətəndaşının paspor­tundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurmuş, laboratoriya şə­raitində də­rin­ləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdi­qini tap­mış­dır.

19 iyun tarixində “Bağdad-Bakı” reysi ilə gəlmiş İtaliya vətəndaşı 1985-ci il təvəllüdlü Yousif İbrahim John adlı şəxsin pasportunun hə­qiqiliyi şübhə doğurmuş, dərinləşdirilmiş yoxlama nəticəsində paspor­tun məlumat səhifəsi dəyişdirilməklə saxtalaşdırılması müəy­yən edil­miş­dir. Araşdırma nəticəsində həmin şəxsin 1983-cü il təvəllüdlü İraq vətəndaşı Hayder Hashim İbrahim olması müəyyən olunmuşdur.

Saxlanılmış əcnəbilər barəsində müvafiq təd­bir­­lər həyata keçirilir
Diaspora