Türkiyənin paytaxtı Ankaraya yağan şiddətli yağış növbəti dəfə selə səbəb olub.
Axar.az xəbər verir ki, 10 dəqiqə davam edən yağış şəhərin əksər məntəqələrində həyatı iflic edib.Məlumata görə, onlarla şəxs maşında köməksiz vəziyyətdə qalıb. Bir çox evlər və iaşə obyektlərini su basıb.
Qeyd edək ki, may və iyun aylarında Ankara da daxil olmaqla, Türkiyənin bir çox şəhərləri selə və güclü daşqınlara məruz qalıb.
Ankara selə təslim oldu