İyunun 21-də saat 15:30 –da Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının giriş hissəsinin tavanı çökərək yararsız vəziyyətə düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə SDU-nun mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli məlumat verib.Öncə əmələ gələn çatları nəzərə alaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə ilə bağlı müvafiq strukturlara məlumat verilib.