Baş katib Azərbaycana başsağılığı verdi

Baş katib Azərbaycana başsağılığı verdi backend

“Bakıda hündürmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğınla bağlı məlumat almışıq. Bu faciə zamanı həyatını itirən şəxslərin yaxınlarına başsağlığı verirəm”.

APA-nın məlumatına görə, bunu Avropa Şurasının baş katibi Tyorbörn Yaqland özünün Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, Brüsseldə Avropa Şurasının Nazirlər Komitəsinin iclası keçirilir. İclasda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.
Diaspora