Tikinti malları mağazalarında yanğın baş verib
Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.
"Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb", - deyə Ş.İbadov vurğulayıb.
***
Bakının Nərimanov rayonu ərazisində yanğın başlayıb. REAL-ın məlumatına görə, hadisə “Dərnəgül” tikinti materialları bazarında baş verib.
Hazırda bazarda tikinti materialları satışı ilə məşğul olan bir neçə mağaza yanır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb edilib.
Real TV-nin əməkdaşı hadisə yerindən son məlumatları çatdırır.