Dünya çemponatına ev sahibliyi edən Rusiyada uçan naməlum obyektlərə (UNO) bənzər görüntülər çaxnaşma yaradıb.
Teleqraf.com xəbər verir ki, turistlər UNO-ları telefonla çəkməyə çalışıblar.Səmadakı qeyri-adi cisimlərin şəkillərini turistlər sosial mediada paylaşıblar. Sosial şəbəkələrdə geniş yayılmış görüntülər mətbuatın da diqqətini çəkib.
Rusiya Kosmik Agentliyi səma cisimlərinin UNO olmadığı barədə açıqlama yayıb.