Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.