Bakıda fəaliyyət göstərən “Kids Studio” bağçası uşaqların döyülmə videosunun yayılmasından sonra fəaliyyətini dayandırıb.
Bağçadan Axar.az-a verilən məlumata görə, uşaqları döyən müəllim də işdən azad edilib.“Həmin görüntülərdə müəllimə uşağı döymür, sadəcə, silkələyir, divara tərəf atır. Bağçanın fəaliyyəti bu gündən etibarən dayandırılıb”, - bağçadan bildirilib.
Qeyd edək ki, bu gün Azxəbər.com saytı “Kids Studio” bağçasında müəllimlərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsini əks etdirən video yayıb.