Binəqədi rayonunda yanan çoxmərtəbəli binada jurnalist Sevinc Fədai və onun azyaşlı körpəsi də qalıb.
Sevinc Fədai Axar.az-a eksklüziv açıqlamasında bildirib ki, uşaqla birlikdə evdədir:“Uşaqla birlikdə evdəyik. Anam da bizimlədir. Hələ ki, heç kim yoxdur. Evdə yanğın yoxdur. Tüstü vurur. Çıxmaq olmur burdan. Heç kim binaya daxil ola bilmir”.
Xatırladaq ki, Sevinc Fədai jurnalist Mövlud Mövludun həyat yoldaşıdır.
Son məlumata görə, FHN-nin havaya qaldırdığı helikopterlərin vasitəsilə Sevinc Fədai və ailəsinin xilas edildiyi bildirilsə də, məlumat hələ ki təsdiqlənmir. Onun nömrəsinə zəng çatmır.