Xalq şairi Cabir Novruzun oğlu dünyasını dəyişib.
Modern.az xəbər verir ki, Xalq şairinin son yadigarı olan Müşfiq Cabiroğlu bu gün 54 yaşında vəfat edib.Qeyd edək ki, şair, publisist M.Cabiroğlu 1964-cü il oktyabrın 3-də Bakıda anadan olub. O, 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Mikayıl Müşfiq xatirə mükafatı laureatıdır.
"Cabir Novruzun böyük oğu Mirzə 2007-ci ildə avtoqəzada, ortancıl övladı Vüqar 2014-cü ildə qəflətən infarkt keçirərək vəfat etmişdi. Cabir Novruzla qonşu idik. Sonra da həmin mənzildə Müşviq qalırdı. Rəhmətlik çox gülərüz, mehriban və səmimi insan idi. Son vaxtlarda çox fikirli idi. Son bir ildə onu heç vaxt gülən görməmişdim. Ortancıq qardaşının qəfil vəfatından sonra özünü toparlaya bilməmişdi. Müşviq həm də xalq artisti Əlabbas Qədirovun kürəkəni idi. Yaşasaydı, oktyabr ayının 3-də 54 yaşı olacaqdı" ,- hüquq müdafiəçisi Sahib Məmmədov "Facebook" səhifəsində yazıb.
Allah rəhmət eləsin.