Bakıda taksi sürücüsü qətlə yetirilib.
APA-nın məlumatına görə, paytaxtın Nəsimi rayonunda Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Hüseynov Rəşad Ədalət oğlu taksi kimi fəaliyyət göstərdiyi avtomobilində bıçaqlanaraq öldürülüb.Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.