Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə şəhər ərazisində inşa olunan yaşayış binalarının birində qeydə alınıb.Sumqayıt şəhər sakini, 1955 -ci il təvəllüdlü Teyyub Hüseynov fəhlə işlədiyi yaşayış binasından yıxılaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Sumqayıt şəhər morquna təhvil verilib.
Faktla bağlı baş vermiş hadisənin təfərrüatları araşdırılır.
Report