Fəridənin meyiti Masallıya, Babur və Naminin meyiti isə Bakıya göndərilib Alpinistlərin meyitləri ailələrinə təhvil verilməsi üçün yola salınıb.
Bu barədə Real TV-yə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.Bildirilib ki, “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadənin meyitləri Birliyin Quba rayon şöbəsində müayinə edilib.
Müayinədən sonra meyitlər ailəsinə təhvil verilib.
Fəridə Cəbrayılzadənin meyiti dəfn edilməsi üçün Masallı rayonuna, Babur Hüseynov və Namin Bünyatzadənin meyitləri isə Bakıya göndərilib.