Cənubi Afrikanın Durban şəhərində yerləşən məscidlərdən birində qətliam olub.
“A24.az” “timetürk.com”a istinadən xəbər verir ki, məsciddə yaşanan hadisə zamanı namaz qılanların boğazları kəsilib.Məsciddə olan digəri binanın pəncərəsindən tullanaraq canını qurtarıb. Hadisə yerinə gələn Afrika Xilasetmə bölməsinin sözcüsü Prem Balram məscidin atəşə tutulduğunu bildirib.
Prem Balram “qurbanlardan biri xəstəxanaya aparılarkən yolda öldü. Digər ikisinin isə vəziyyəti ağırdır. Ağ avtomobildə qaçan şübhəlilərin camaatın gördüyünə görə, misirli kişilər olduğu irəli sürülüb” deyə qeyd edib.
Cənubi Afrika polisi isə baş verən hadisənin arxasında dayanan səbəbi araşdırmağa başlayıb.