Tovuz rayonunda üç uşaq anası özünü yandırıb.
“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Cəlilli kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Şahnaz Qurban qızı yaşadığı evin damında özünü yandıraraq intihar edib.İlkin məlumata əsasən, intihara səbəb qadının ağır xəstəlikdən əziyyət çəkməsi olub.
Fakt üzrə araşdırmalar davam etdirilir.