Mayın 17-də Yer kürəsində G2 sinfinə aid geomaqnit qasırğasının olacağı gözlənilir.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, mayın 18-də isə geomaqnit həyəcanlaşması artacaq.Bundan başqa, gələn ay da Yer kürəsində geomaqnit qasırğası olacaq. Belə ki, iyunun 2-də G1 sinifli qasırğa baş verəcək.
Xatırladaq ki, bu ilin ən güclü qasırğası aprelin 20-də qeydə alınıb.