Bakıda sərnişin avtobusu qəza törədib

Bakıda sərnişin avtobusu qəza törədib backend

Bakıda sərnişin avtobusu sürücüsünün qayda pozuntusu qəzaya səbəb olub.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

"108 A" saylı marşrut xəttinə məxsus sərnişin avtobusu işıqforun yaşıl işığından yüksək sürətlə keçərkən qəfil dönmə əməliyyatı edən "Opel" markalı avtomobilə çırpılıb. Nəticədə avtobus idarəetmədən çıxaraq, Yasamal "ATS"-i kimi tanınan inzibati binanın qarşısındakı "Mitsubishi" və "Tofaş" markalı avtomobillərə çırpılıb.

Qəzadan dərhal sonra əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Qəzanı törədən avtobus sürücüsü hadisə yerindən qaçıb.

İlkin məlumata görə, qəza zamanı xəsarət alan olmayıb.
Diaspora