Oğuz və Qəbələdəki yanğınların səbəbi... - Departament rəhbəri

Oğuz və Qəbələdəki yanğınların səbəbi... - Departament rəhbəri backend

2017-ci ildə havaların quraq keçməsi nəticəsində Oğuz və Qəbələdə uzun müddətli meşə yanğınları baş verib.

Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycanda meşə örtüyü qeyri-bərabər paylanıb: "Meşə örtüyünün 39 faiz Böyük Qafqazda, 34 faizi Kiçik Qafqazda, 15 faizə yaxını Talış dağlarında, 2 faizi Aran düzündə yayılıb. Azərbaycan meşələri əhəmiyyətinə görə vaxtilə birinci qrupa aid edilib.

Hazırda meşələrin yanğından mühafizə edilməsi üçün mühüm işlər aparılır. 650 hektar ərazidə eni 3 metr olan minerallaşmış zolaqlar çəkilir. Aparılan təhlillər deməyə əsas verir ki, Azərbaycan meşə yanğından az əziyyət çəkən ölkədir".

Direktor taxıl biçinindən sonra kövşənlərin yandırılmasını yolverilməz hal adlandırıb: "Bu, qadağandır. Təəssüf ki, vətəndaşlar qanuna riayət etmirlər. Meşələrdə istirahət məqsədilə tonqal yandırır, uşaqların əllərinə oyuncaq kimi kibrit verirlər. Nəticədə meşə yanğınları baş verir".

Söhrab Abbasov qeyd edib ki, 2017-ci ildə havaların quraq keçməsi nəticəsində Oğuz və Qəbələdə uzun müddətli meşə yanğınları baş verib: "Fövqəladə Hallar Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının fədakarlığını xüsusi qeyd etməliyəm".
Diaspora