İŞİD terrorçuları Suriyadakı Yermük qaçqın düşərgəsində əsirlərdən birini qırıcı təyyarələrdən atılan bombaların atıldığı əraziyə bağlayıb.
Axar.az xəbər verir ki, İŞİD-in törətdiyi bu vəhşilik bütün dünyada rezonans doğurub.Terrorçular əsirlərdən birinə hərbi geyim geyindirərək əl qolunu bağlayıb. Taxta üzərinə bağlanan əsir təyyarələrin bombardman etdiyi küçədə əlacsız vəziyyətdə can verib.

