Dövlət sərhəddini pozan 5 əcnəbi tutuldu

Dövlət sərhəddini pozan 5 əcnəbi tutuldu backend

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və pe­şə­kar­lığı sayəsində 5 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən APA-ya bildirilib ki, Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının ximəti sahəsində “Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqa­mət­dən mühəndis çə­pərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşa­hidə olunub və hərə­kətləri nəzarətə götürülüb. Həmin şəxslər sər­həd zastavasının mü­həndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərə­findən sərhəd pozucusu qismində saxlanılıblar.

Araşdırma zamanı Azərbay­can Res­pub­li­­kasından İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaları - 1987-ci il təvəl­lüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı San­thı­rakumar, 1983-cü il təvəllüdlü Ratnasingam Satheesku­mar, 1994-cü il təvəllüdlü Gu­nasl­gar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder olmaları müəyyənləşib.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Diaspora